
Samsung Galaxy S24 Ultra-nın silikon keysinin fotoları təqdim edilib
Cihazlar+
30.10.2023
Emil
İstifadəçilər çox zaman Samsung-u şirkətin flaqman smartfonlarında olan eynilikdə günahlandırırlar. Məsələn şirkət öz flaqman smartfonlarında illərlə eyni kamera sensorlarından istifadə edir. Lakin bu eynilik təkcə texniki səviyyədə deyil dizaynda da müşahidə edilir. Ice Universe ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24 Ultra smartfonu üçün nəzərdə tutulmuş silikon keysin fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda Galaxy S23 Ultra-nın arxa kameralarının yerləşmə dizaynını görmək olar. Burdan da belə qənaətə gəlmək olar ki, Galaxy S24 Ultra-nın xarici görünüşündə heç bir dəyişiklik olmayacaq. Bununla yanaşı fotolardan birində həmçinin Galaxy S24 üçün nəzərdə tutulmuş silikon keyslər əks olunublar. Onlarda da heç bir dəyişikliyin olmayacağını anlamaq olar.



Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
