main-post-cover

    Samsung Galaxy S24 Ultra-nın yeni render fotosu məşhur insayder tərəfindən təqdim edilib

    Cihazlar+
    07.11.2023
    Farid Pardashunas
         Ice Universe ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24 Ultra smartfonunun yeni keyfiyyətli render fotosunu təqdim edib. Təqdim edilmiş render foto isə öz növbəsində OnLeaks ləqəbli məşhur insayder tərəfindən hazırlanıb. Ice Universe bildirib ki, Galaxy S24 Ultra məhz render fotoda olduğu kimi görünəcək. İnsayderin sözlərinə əsasən sözügedən smartfon yastı ekran ilə təchiz olunacaq. Bununla yanaşı insayderin proqnozuna əsasən Galaxy S24 Ultra bu ilin əvvəlində təqdim olunmuş Galaxy S23 Ultra-dan daha məşhur olacaq.
         Qeyd etmək lazımdır ki, oktyabr ayının statistikasına əsasən Samsung şirkəti ümumilikdə 10.69 milyon ədəd Galaxy S23 Ultra sata bilib. İnsayder qeyd edib ki, şirkət Galaxy S24 smartfon seriyasında əsas diqqətini süni zəka imkanlarına ayırıb. Lakin bunun süni zəka əsaslı çat-bot və ya hansısa digər bir tətbiq olacağı hələ bilinmir. Galaxy S23 smartfon seriyasında süni zəka əsasən fotoların emalı alqoritmləri formatında təqdim olunub. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyasının yanvar ayında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 Ultra gövdə ətrafı titan çərçivəni əldə edəcək
    samsung-galaxy-s24-ultra-govde-etrafi-titan-ce
    Samsung yüksək dözümlülüyə sahib Galaxy Tab Active 5 planşeti üzərində çalışır
    samsung-yuksek-dozumluluye-sahib-galaxy-tab-active-5-planseti-uzerinde-calisir
    Samsung-un 47 ədəd cihazı Android 14 əsaslı OneUI 6.0-ı əldə edəcək
    samsung-un-47-eded-cihazi-android-14-esasli-oneui-60-i-elde-edecek
    Samsung Galaxy S24 smartfon seriyasının konkret təqdimat tarixi açıqlanıb
    samsung-galaxy-s24-smartfon-seriyasinin-konkret-teqdimat-tarixi-aciqlanib
    Samsung öz ekzoskeletini təqdim etməyə hazırlaşır
    samsung-oz-ekzoskeletini-te