Logo
    main-post-cover

    Samsung Galaxy S24 Ultra nisbətən kompakt ölçülərə sahib olacaq

    Cihazlar+
    23.08.2023
    Emil
        Son məlumat sızıntılarına əsasən Galaxy S23 Ultra smartfonundan fərqli olaraq Galaxy S24 Ultra-da nəzərə çarpacaq sayda dəyişikliklər olacaq. Ortaya çıxmış yeni məlumata əsasən isə gələn ilin əvvəlində təqdim olunacaq smartfon üstəlik nisbətən kompakt ölçüyə sahib olacaq. Təbii ki, müasir smartfonlarda ekran ölçüsünün qorunub saxlanması halında gövdə ölçülərinin diqqət çəkəcək dərəcədə azaldılması mümkün deyil. Lakin Galaxy S24 Ultra-da cüzi fərq olacaq. Məlumata əsasən Galaxy S24 Ultra-nın ölçüləri 162.3 mm x 79 mm x 8.6 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S23 Ultra-nın gövdə ölçüləri 163.4 mm x 78.1 mm x 8.9 mm təşkil edir. Beləliklə Galaxy S24 Ultra bir qədər geniş və nazik olacaq.
    Paylaş
    Bənzər xəbərlər