main-post-cover

    Samsung Galaxy S24 Ultra smartfonu 8K keyfiyyətində 5 qat zoom-lu videolar çəkə biləcək

    Cihazlar+
    13.12.2023
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy S24 smartfon seriyasının təqdimatına aktiv şəkildə hazırlaşır. Təqdimatın gələn ay baş tutacağı gözlənilir. Bu səbəbdən də bu smartfon seriyası barəsində son günlərdə daha çox məlumat ortaya çıxır. Ortaya çıxmış yeni məlumata əsasən seriyaya daxil olacaq Galaxy S24 Ultra modeli 8K ULTRA HD formatında 5 qat optik zoom-lu videolar çəkə biləcək və bununla belə videoların keyfiyyətlərində düşüş olmayacaq. Bunun üçün smartfon 50 MP-lik telekamera ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S23 Ultra modeli 10 MP-lik iki ədəd telekamera ilə təchiz olunur. Onlardan biri 3 qat, digəri isə 10 qat optik zoom-a sahibdir. Lakin Galaxy S23 Ultra-da 8K ULTRA HD formatlı videoların çəkilişləri zamanı optik deyil, rəqəmsal zoom işə düşür. Galaxy S24 Ultra-da isə vəziyyət tamamilə fərqli olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 və Galaxy S24 smartfonlarının RAM yaddaşlarında artım olmayacaq
    iphone-16-ve-galaxy-s24-smartfonlarinin-ram-yaddaslarinda-artim-olmayacaq
    Samsung Galaxy Fit 3 smart qolbağının bəzi texniki imkanları ortaya çıxıb
    samsung-galaxy-fit-3-smart-qolbaginin-bezi-texniki-imkanlari-ortaya-cixib
    Samsung Galaxy S24 smartfonlarının kamera göstəriciləri açıqlanıb
    samsung-galaxy-s24-smartfonlarinin-kamera-gostericileri-aciqlanib
    Samsung Galaxy A25 təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-a25-teqdim-edilib-qiymeti
    Samsung Galaxy A15 təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-a15-teqdim-edilib-qiymeti