Logo
    main-post-cover

    Samsung Galaxy S24 Ultra smartfonu Galaxy S10-un özəlliyini əldə edəcək

    Cihazlar+
    24.08.2023
        Dünən məlumat ortaya çıxmışdı ki, Samsung Galaxy S24 Ultra smartfonu nisbətən kompakt ölçülərə sahib olacaq. Təqdim edilmiş yeni məlumata əsasən isə sözügedən smartfon Galaxy S10-un özəlliyini əldə edəcək. Ice Universe ləqəbli məşhur insayderin sözlərinə əsasən Galaxy S24 Ultra-nın ekranı ön panelin 88%-ni əhatə edəcək. Bu, Galaxy S10 vaxtlarından Samsung-un flaqman smartfonları arasında ən aşağı göstəricidir. Yeni smartfonun ekran ətrafı çərçivələri simmetrik olmayacaqlar. Aşağı və yuxarı çərçivələrin qalınlığı 3 mm, sol və sağ çərçivələrin qalınlığı isə 3.42 mm təşkil edəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy S24 Ultra smartfonu Galaxy S10-un özəlliyini əldə edəcək | Technote