
Samsung Galaxy S24 Ultra smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
12.10.2023
Emil
Samsung şirkəti özünün Galaxy S24 smartfon seriyasını gələn ilin əvvəlində təqdim edəcək. Sözügedən seriyaya Galaxy S24, S24+ və S24 Ultra modelləri daxil olmalıdırlar. İndi isə məlum olub ki, Galaxy S24 Ultra modeli Geekbench testlərindən keçib. Beləliklə Geekbench testlərinə əsasən məlum olub ki, Galaxy S24 Ultra smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.

Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib və o, Android 14 əməliyyat sisteminə sahib olub. Test nəticələrinə gəldikdə isə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 2234 xal, çox nüvəli testi çərçivəsində isə 6807 xal toplayıb. Bu, Galaxy S23 Ultra-nın Geekbench-in bir nüvəli test çərçivəsində yığıdığı xaldan 15%, çox nüvəli testi çərçivəsində yığdığı xaldan isə 35% çoxdur.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
