Logo
    main-post-cover

    Samsung Galaxy S24 Ultra yastı ekrana sahib ola bilər

    Cihazlar+
    25.08.2023
    Emil
        Son illərdə smartfon istehsalçıları öz cihazlarında kənarları əyilmiş ekranlardan imtina edirlər. Onlar əsasən yastı ekranlar ilə əvəz edilir. Elə istehsalçılar da var ki, öz smartfonlarındakı ekranların kənar hissələrini az dərəcədə əyilmiş edirlər. Bu cür yol ilə Samsung şirkəti özünün Galaxy S seriyasında gedir.
        Ice Universe ləqəbli məşhur insayderin vermiş olduğu yeni məlumata əsasən gələn ilin əvvəlində təqdim ediləcək Galaxy S24 Ultra smartfonu ümumiyyətlə yastı ekran ilə təchiz oluna bilər. “Smartfonun 79 mm-lik enini və bir sıra digər məlumatları nəzərə alaraq demək olar ki, Galaxy S24 Ultra böyük ehtimal ilə yastı ekran ilə təchiz olunacaq” - deyə insayder qeyd edib. İnsayderin sözlərindən görmək olar ki, o bunun olacağına 100% əmin olmasa da buna işarə edən hansısa məlumata sahibdir.
    Paylaş
    Bənzər xəbərlər