Logo
    main-post-cover

    Samsung Galaxy S24 Ultra yeni nəsil OLED ekran ilə təchiz oluna bilər

    Cihazlar+
    10.08.2023
    Emil
        Galaxy S24 smartfon seriyasının gələn ilin əvvəlində təqdim olunacağına baxmayaraq bu seriyaya daxil olacaq Galaxy S24 Ultra barəsində son zamanlarda daha çox məlumat ortaya çıxır. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Galaxy S24 Ultra smartfonu M13 adlı yeni nəsil OLED ekran ilə təchiz oluna bilər.
        Məlumatda qeyd edilib ki, Almaniyanın yarımkeçirici materialların istehsalı ilə məşğul olan Merck adlı şirkəti M13 OLED ekranların istehsalı üçün nəzərdə tutulmuş xüsusi istehsalat xətlərini artıq hazır vəziyyətə gətirib. Heç istisna deyil ki, Galaxy S24 ilə S24 Plus modelləri də yeni nəsil OLED ekranı əldə etsinlər. M13 OLED ekranların istehsal proseslərinin kütləvi hal aldıqları zaman onların həmçinin gələn ilki iPhone 16 smartfon seriyasında da istifadə ediləcəkləri istisna edilmir. Təəssüflər olsun ki, M13 adlı yeni nəsil OLED ekranların özəllikləri barəsində hələ heç bir məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər