
Samsung Galaxy S24 Ultra Yer kürəsinin stratosfer qatına göndərilib
Cihazlar+
06.03.2024
Emil
Smartfon istehsalçıları öz cihazlarının kameralarının çəkliş imkanlarını sərgiləmək üçün müxtəlif üsullara əl atırlar. Samsung da həmin şirkətlər sırasındadır. Bu dəfə Samsung öz yeni flaqman smartfonu olan Galaxy S24 Ultra-nı Yer kürəsinin stratosfer qatına göndərib. Aparılmış bu təcrübədə şirkət bir neçə ədəd Galaxy S24 Ultra-dan istifadə edib. Smartfonlar kub formasında olan xüsusi qurğuya quraşdırılıb və qurğunun özü hidrogen şarlarına bərkidilib. Nəticədə hidrogen şarları qurğunu 36 km yüksəkliyə qaldıra biliblər. Bütün proses zamanı smartfonlar foto çəkməklə məşğul olublar və ümumilikdə 150 ədəd foto çəkilib. Çəkilmiş fotolarda Los-Anceles, Las-Veqas və Böyük Kanyon əraziləri əks olunub. Müəyyən müddətdən sonra şarlardakı hidrogen buraxılıb və smartfonlar Yer kürəsi səthinə geri qaytarılıb.







Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
