Logo
    main-post-cover

    Samsung Galaxy S24 Ultra yüksək parlaqlığa sahib yeni növ ekran ilə təchiz olunacaq

    Cihazlar+
    29.08.2023
    Emil
        Samsung son illərdə özünün Galaxy S seriyasının smartfonlarında Dynamic AMOLED 2X ekranlardan istifadə edir. Sözügedən ekranların maksimal parlaqlıq səviyyələri 1750 nit təşkil edir. Lakin gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24 smartfon seriyasında vəziyyət tamamilə fərqli ola bilər. Belə ki, insayderlərin vermiş olduqları məlumata əsasən Galaxy S24 Ultra-da şirkət tamamilə yeni növ ekrandan istifadə edəcək. Məlumata əsasən Galaxy S24 Ultra smartfonu 3120х1440 piksel keyfiyyətli 6.8 düym ekran ilə təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 2500 nit təşkil edəcək. Qeyd etmək lazımdır ki, bu cür parlaqlıq göstəricisi OPPO Find X6 Pro smartfonunun ekranının parlaqlıq səviyyəsində olsa da, Xiaomi 13 Ultra-nın ekran parlaqlığından 100 nit geridə qalır.
    Paylaş
    Bənzər xəbərlər