
Samsung Galaxy S24-ün render fotoları təqdim edilib
Cihazlar+
29.09.2023
Emil
OnLeaks ləqəbli məşhur insayder Smartprix saytı ilə birlikdə Samsung Galaxy S24 smartfonunun keyfiyyətli render fotolarını təqdim edib. Beləliklə təqdim edilmiş render fotolardan da görmək olar ki, Galaxy S24 smartfonu yastı ekran ilə təchiz olunacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Arxa paneldə isə 3 ədəd kamera obyektivi yerləşəcək. Məlumata əsasən Galaxy S24 özündə 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.1 düym ekranı birləşdirəcək. Son məlumat sızıntılarında qeyd edilib ki, Galaxy S24 modeli bütün regionlarda Exynos prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Samsung Galaxy S24 smartfon seriyası gələn ilin əvvəlində təqdim olunacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
