main-post-cover

    Samsung Galaxy S24-ün təqdimatı rəsmi şəkildə anons edilib (VİDEO)

    Cihazlar+
    07.01.2024
    Emil Nəcəfov
         Keçən il Samsung şirkəti Galaxy S seriyasının smartfonlarını 1 fevral tarixində təqdim etmişdi. Son bir neçə ay ərzində ortaya çıxmış məlumatlarda qeyd edilmişdi ki, şirkət Galaxy S24 smartfonunu gözlənildiyindən daha tez təqdim edəcək. Söhbət, bu ilin yanvar ayından gedirdi. İndi isə bu məlumat rəsmi şəkildə təsdiqlənib. Belə ki, Samsung Galaxy S24 smartfon seriyasının təqdim olunacağı Galaxy Unpacked 2024 tədbirini anons edib. Şirkətin təqdim etmiş olduğu rəsmi videoya əsasən Galaxy Unpacked 2024 tədbiri 17 yanvar tarixində baş tutacaq. Lakin videoya əsasən təqdimat tədbirində şirkət əsas diqqətini smartfonlara deyil, onların sahib olduqları süni zəka funksiyalarına ayıracaq. Videonun sonunda Galaxy AI yazısını görmək olar. Ola bilər ki, Galaxy S24 smartfonlarında reallaşdırılacaq süni zəka sistemi ümumilikdə Galaxy AI adını əldə etsin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A55-in render fotoları təqdim edilib
    samsung-galaxy-a55-in-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy A35-in render fotoları təqdim edilib
    samsung-galaxy-a35-in-render-fotolari-teqdim-edilib
    Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy M13 5G üçün istifadəyə verilib
    android-14-esasli-oneui-60-in-stabil-versiyasi-samsung-galaxy-m13-5g-ucun-istifadeye-verilib
    Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy Tab S9 FE+ planşeti üçün istifadəyə verilib
    android-14-esasli-oneui-60-in-stabil-versiyasi-samsung-galaxy-tab-s9-fe-planseti-ucun-istifadeye-verilib
    Samsung Galaxy S24 smartfonlarının sahib olacaqları süni zəka funksiyalarından biri məlum olub
    samsung-galaxy-s24-smartfonlarinin-sahib-olacaqlari-suni-zeka-funksiyalarindan-biri-melum-olub