Logo
    main-post-cover

    Samsung Galaxy S24 və OnePlus 12 smartfonlarının ekranlarında parlaqlıq hansı səviyyədə olacaq?

    Cihazlar+
    17.10.2023
    Emil
         İnternetdə demək olar eyni anda Samsung Galaxy S24 smartfonlarının və OnePlus 12-nin ekranları barəsində yeni məlumatlar ortaya çıxıblar. Ortaya çıxmış məlumatlar sözügedən smartfonların ekranlarının paqlaqlıq səviyyələrini əhatə edirlər. İnsayderlərin vermiş olduqları məlumata əsasən gələn ilin əvvəlində təqdim olunacaq bütün Galaxy S24 modelləri LTPO texnologiyası əsasında hazırlanmış OLED ekranı əldə edəcəklər. Bununla yanaşı məlumatda qeyd edilib ki, bütün Galaxy S24 modellərində ekranın maksimal parlaqlıq səviyyəsi 2500 nit təşkil edəcək.
         Bu isə Galaxy S23-ün ekranının maksimal parlaqlıq səviyyəsindən (1750 nit) daha yüksəkdir. Lakin görünür, OnePlus 12-nin ekran parlaqlığı daha yüksək göstəricidə olacaq. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən OnePlus 12 ekranının maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edəcək. Qeyd etmək lazımdır ki, OnePlus 12-nin təqdimatı bu ilin sonuna Çində gözlənilir. Onun qlobal versiyasının təqdimatı isə gələn ilin əvvəlində baş tutacaq.
    Paylaş