
Samsung Galaxy S24 və S24+ smartfonlarının gövdə rəngləri təsdiqlənib
Cihazlar+
27.12.2023
Emil
Roland Quandt adlı məşhur insayder Samsung Galaxy S24 və Galaxy S24+ smartfonlarının SIM kart girişlərinin fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda SIM girişləri müxtəlif rənglərdə əks olunublar. Bu isə Galaxy S24 və Galaxy S24+ smartfonlarının hansı gövdə rənglərinə sahib olacaqlarından xəbər verir. Beləliklə fotolarda SIM kart girişləri narıncı, bənövşəyi və ağ rənglərdə əks olunublar. Bununla belə qeyd etmək lazımdır ki, daha öncə ortaya çıxmış render fotolarda narıncı gövdə rənginə sahib Galaxy S24 və Galaxy S24+ modelləri əks olunmamışdılar. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyasının gələn ay təqdim olunacağı gözlənilir.



Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
