
Samsung Galaxy S24 və S24+ smartfonlarının real fotoları ortaya çıxıb
Cihazlar+
15.11.2023
Emil
Son məlumat sızıntılarına əsasən Samsung şirkəti Galaxy S24 smartfon seriyasını yanvar ayında təqdim edəcək. Məhz bu səbəbdən sözügedən smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxacaq. İndi isə Galaxy S24 seriyasının iki modelinin real fotoları ortaya çıxıb. Söhbət, Galaxy S24 və S24+ modellərindən gedir. Ortaya çıxmış fotolar vasitəsilə bu smartfonları hər tərəfdən qiymətləndirmək olar. Fotolardan da görmək olar ki, təqdim ediləcək yeni smartfonlar xarici görünüş baxımından hal hazırda aktual olan Galaxy S23 və Galaxy S23+ modellərindən heç də fərqlənməyəcəklər.




Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
