Logo
    main-post-cover

    Samsung Galaxy S24 və S24+ smartfonlarının ekranları yenilənəcək

    Cihazlar+
    29.08.2023
    Emil
        Görünür, Samsung şirkəti gələn ilin əvvəlində təkcə Galaxy S24 Ultra-da deyil, həmçinin Galaxy S24 ilə S24+ modellərində də bəzi yenilikləri reallaşdırmağı planlaşdırır. Məlumata əsasən son bir neçə ildə ilk dəfə Galaxy SGalaxy S+ modelləri Full HD+ keyfiyyətindən daha yuxarı keyfiyyətə sahib ekranlar ilə təchiz olunacaqlar. Ice Universe ləqəbli məşhur insayder bildirib ki, Galaxy S24+ modeli ən azından 3120х1440 piksel keyfiyyətli ekrana sahib olacaq. Lakin insayder adi Galaxy S24 modelinin hansı keyfiyyətdə ekranla təchiz olunacağı barəsində bir məlumat verməyib. Bununla yanaşı insayderin sözlərinə əsaəsn bütün Galaxy S24 modellərinin ekranları yüksək parlaqlıq səviyyəsinə sahib olacaqlar.
    Paylaş
    Bənzər xəbərlər