Samsung Galaxy S24 versiyalarından biri daha ləng çalışacaq
Samsung Galaxy S24 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir. Lakin ortaya çıxan məlumatlardan heç də hamısı ürəkaçan deyil. Belə ki, ortaya çıxmış yeni məlumata əsasən adi Galaxy S24 versiyalarından biri digər Galaxy S24 versiyalarından daha ləng çalışacaq. Məsələ burasındadır ki, Galaxy S24-ün minimal yaddaş həcmi 128 GB təşkil edəcək. Hal-hazırda isə bazarda UFS 4.0 standartlı 128 GB-lıq daxili yaddaş həcmi mövcud deyil. Buna görə də şirkət məcbur qalaraq Galaxy S24-ün bu versiyasında daha ləng şəkildə çalışan UFS 3.1 standartlı 128 GB-lıq daxili yaddaş həcmindən istifadə edib. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyasının gələn ay təqdim olunacağı gözlənilir.