main-post-cover

    Samsung Galaxy S24+ Geekbench testlərindən keçib

    Cihazlar+
    31.07.2023
    Emil Nəcəfov
        Samsung Galaxy S24 smartfon seriyasının gələn ilin əvəvlində təqdim olunacağı gözlənilir. Bu seriyaya adi Galaxy S24, S24+S24 Ultra modellərinin daxil olacaqları gözlənilir. İndi isə Galaxy S24+ modelinin Geekbench testlərindən keçdiyi məlum olub. Məlumatda qeyd edilib ki, Geekbench testlərindən keçmiş Galaxy S24+ Qualcomm-un hələ təqdim edilməmiş Snapdragon 8 Gen 3 prosessoru ilə təchiz olunub. Bununla yanaşı smartfon özündə Adreno 750 qrafik çipini də birləşdirir.
        Beləliklə Galaxy S24+ smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 2233 xal, çox nüvəli testi çərçivəsində isə 6661 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 2 for Galaxy prosessoruna sahib Galaxy S23+ smartfonu Geekbench 6 bençmarkının bir nüvəli testi çərçivəsində 1900-2000 xal, çox nüvəli testi çərçivəsində isə demək olar 5000 xal toplayır. Galaxy S24+ modelinin Geekbench testlərindən belə qənaətə gəlmək olar ki, o, Galaxy S23+ ilə müqayisədə 30% daha sürətlə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər