Logo
    main-post-cover

    Samsung Galaxy S25 bütün regionlarda Snapdragon prosessorunu əldə edə bilər

    Cihazlar+
    20.06.2024
    Emil
         Məşhur analitik Ming Chi-Kuo-nun vermiş olduğu məlumata əsasən gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 smartfonu çox güman ki, bütün regionlarda Snapdragon prosessorunu əldə edəcək. Analitikin sözlərinə əsasən bunun əsas səbəbi Exynos 2500 prosessorunun hazırlanmasında istifadə ediləcək 3 nanometrlik texnoloji prosesin performansı ilə bağlıdır. Analitik bildirib ki, prosessorun hazırlanması üçün nəzərdə tutulmuş 3 nanometrlik texnoloji proses gözləniləndən daha aşağı performans göstəricilərinə sahibdir. Bu isə öz növbəsində Samsung-un Galaxy S25-də yalnız Snapdragon prosessorundan istifadəyə üstünlük verməsinə səbəb ola bilər.
         Qeyd etmək lazımdır ki, bu ilin əvvəlində təqdim edilmiş Galaxy S24 smartfon seriyası üçün prosessorların 40%-i Qualcomm tərəfindən istehsal edilmişdi. Yalnız Galaxy S24 Ultra modeli bütün regionlarda Snapdragon 8 Gen 3 prosessorunu əldə etdi. Galaxy S24 və S24+ smartfonları isə ABŞ, Kanada, Çin və Yaponiya istisna olmaqla digər bütün regionlarda Exynos 2400 prosessorunu əldə etdilər. Samsung-un son 15 illik smartfon istehsalı tarixində şirkət Galaxy S seriyasında yalnız bir dəfə Exynos prosessorundan tamamilə imtina etmişdi. Söhbət, 2023-cü ildə təqdim edilmiş Galaxy S23 smartfon seriyasından gedir. Bu seriyanın bütün modelləri bütün regionlarda Snapdragon prosessorunu əldə etmişdilər.
    Paylaş