main-post-cover

    Samsung Galaxy S25-də hansı dəyişikliklər gözlənilir?

    Cihazlar+
    28.03.2024
    Emil Nəcəfov
         Samsung şirkəti gələn ilin əvvəlində Galaxy S25 smartfon seriyasını təqdim edəcək. Lakin sözügedən smartfon seriyasında hansı dəyişikliklər olacaq? Ortaya çıxmış yeni məlumatlara əsasən Samsung şirkəti Galaxy S25 smartfon seriyasında dizayn mövzusunda inqilabi dəyişikliklərə deyil, kiçik dəyişikliklərə diqqət ayıracaq. Gözləntilərə əsasən Galaxy S25 nazik ekran ətrafı çərçivəni və yastı kənar hissələri əldə edəcək. Lakin əsas dəyişiklik smartfonun ekran ölçüsündə ola bilər. Belə ki, son məlumat sızıntılarına əsasən Galaxy S25 modeli 6.36 düym ekranla təchiz olunacaq.
         Galaxy S24 smartfonlarında olduğu kimi Galaxy S25 smartfonlarının da bəzi regionlarda Snapdragon 8 Gen 4 prosessorunu, bəzi regionlarda isə Exynos prosessorunu əldə edəcəkləri gözlənilir. Məlumatda qeyd edilib ki, Snapdragon 8 Gen 4 prosessorunun baha başa gələcəyi üçün Galaxy S25 smartfonlarının satış qiymətlərində də artım olacaq. Üstəlik Galaxy S25 smartfonlarının 7 il ərzində Android və təhlükəsizlik dəstəyini əldə edəcəkləri gözlənilir. Samsung gələn ilin əvvəlində təqdim edəcəyi yeni flaqman smartfonlarında Galaxy AI ekosistemini inkişaf etdirməyə davam edəcək. Burdan da belə qənaətə gəlmək olar ki, smartfonlar yeni süni zəka funksiyalarını əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OneUI 6.1 istifadəçi interfeysi Samsung-un keçən ilki flaqman smartfonları üçün istifadəyə verilib
    oneui-61-istifadeci-interfeysi-samsung-un-kecen-ilki-flaqman-smartfonlari-ucun-istifadeye-verilib
    Samsung Galaxy Tab S10 planşetləriu müxtəlif prosessorlara sahib ola bilərlər
    samsung-galaxy-tab-s10-plansetleriu-muxtelif-prosessorlara-sahib-ola-bilerler
    Samsung Galaxy Watch 7 smart saatları daha böyük yaddaş həcminə sahib ola bilərlər
    samsung-galaxy-watch-7-smart-saatlari-daha-boyuk-yaddas-hecmine-sahib-ola-bilerler
    Samsung Galaxy C smartfon seiryasını bazara geri qaytarmağa hazırlaşır
    samsung-galaxy-c-smartfon-seiryasini-bazara-geri-qaytarmaga-hazirlasir
    Samsung Galaxy M55-in təqdimatı artıq çox yaxındır
    samsung-galaxy-m55-in-teqdimati-artiq-cox-yaxindir