Logo
    main-post-cover

    Samsung Galaxy S25 FE təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    04.09.2025
    Emil
         Samsung şirkəti rəsmi şəkildə Galaxy S25 smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, Galaxy S25 FE-dən gedir. Bu yeni smartfon özündə müasir dizaynı, böyük ölçülü ekranı, Exynos prosessorunu və orta həcmli batareyanı birləşdirir. Təqdim olunmuş Galaxy S25 FE smartfonu xarici görünüşcə keçən ilki Galaxy S24 FE-dən heç də fərqlənmir. Yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Dynamic AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1900 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə olunub.
         Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi isə IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Exynos 2400 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy S25 FE özündə 50 MP + 12 MP + 8 MP üçlü arxa kameranı və 12 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 25 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Galaxy S25 FE artıq satışa çıxıb və onun qiyməti 749 avrodan start götürür.
     
    Paylaş