
Samsung Galaxy S25-in çəkisi gövdə çərçivəsi hesabına bir qədər aşağı olacaq
Cihazlar+
16.09.2024
Emil
Samsung şirkətinin gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 Ultra smartfonunun dizayn mövzusunda Galaxy S24 Ultra-dan bir qədər fərqlənəcəyi gölzənilir. Ice Universe ləqəbli məşhur insayder isə öz növbəsində bunu təsdiqləyib. İnsayder tərəfindən verilmiş yeni məlumata əsasən Galaxy S25 Ultra smartfonu metal materialdan hazırlanmış daha nazik və yüngül gövdə ətrafı çərçivəni əldə edəcək.
Bu isə öz növbəsində smartfondan istifadə rahatlığını artıracaq. Gözləntilərə əsasən yeni smartfonun çəkisi Galaxy S24 Ultra-nın çəkisindən 14 qramm daha az təşkil edəcək. Smartfonun ümumi ölçüsündə bir qədər kiçilmə olsa da, onun ekran ölçüsü Galaxy S24 Ultra-da olduğu kimi qalacaq. Bu, daha nazik ekran ətrafı çərçivələrin hesabına mümkün olacaq. Qeyd etmək lazımdır ki, Galaxy S25 Ultra yastı gövdə dizaynını əldə etməlidir. Onun künc hissələri isə iti əvəzinə dairəvi olmalıdırlar.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
