Logo
    main-post-cover

    Samsung Galaxy S25-in əldə edəcəyi minimal RAM yaddaş göstəricisi məlum olub

    Cihazlar+
    20.12.2024
    Emil
         Samsung artıq gələn ayın sonunda Galaxy S25 smartfon seriyasını təqdim etməlidir. Bunun 22 yanvar tarixində baş tutacağı gözlənilir. İndi isə məlum olub ki, bu seriyaya daxil olacaq adi Galaxy S25 modelində vacib bir dəyişiklik olacaq. Bu ilin əvvəlində təqdim edilmiş adi Galaxy S24 smartfonu yalnız bir RAM yaddaşı versiyasında təqdim olundu. Söhbət, 8 GB RAM-dan gedir.
          Lakin ortaya çıxmış məlumata əsasən Galaxy S25 smartfonu minimum 12 GB RAM-a sahib olacaq. Lakin onun digər göstəricidə RAM yaddaşına sahib versiyasının olub-olmayacağı bilinmir. Bununla yanaşı məlumatda qeyd edilib ki, minimum 12 GB RAM-ı bütün Galaxy S25 modellərinin əldə edəcəkləri gözlənilir. Bu öz növbəsində Galaxy S24 ilə müqayisədə Galaxy S25-də irəli addım olacaq. 
    Paylaş