Logo
    main-post-cover

    Samsung Galaxy S25-in gövdəsi olduqca nazik olacaq

    Cihazlar+
    17.09.2024
    Emil
         Samsung şirkəti Galaxy S25 smartfon seriyasını gələn ilin əvvəlində təqdim edəcək. Təqdim ediləcək Galaxy S25 smartfonları Galaxy S seriyasının ən nazik gövdəli smartfonları ola bilərlər. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Galaxy S25 seriyasına daxil olacaq Galaxy S25 Ultra modeli olduqca nazik gövdəyə sahib olacaq. İndi isə adi Galaxy S25 modelinin gövdə dizaynı barəsində məlumat verilib. Ice Universe ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən adi Galaxy S25-in gövdə qalınlığı 7.2 mm təşkil edəcək. Bu isə hal-hazırda aktual olan adi Galaxy S24-ün gövdə qalınlığından 0.4 mm daha nazikdir. Qeyd etmək lazımdır ki, Galaxy S25 Ultra modelinin isə 8.2 mm gövdə qalınlığına sahib olacağı gözlənilir.
    View post on X
    Paylaş