Logo
    main-post-cover

    Samsung Galaxy S25-in ilk render fotoları təqdim edilib

    Cihazlar+
    13.09.2024
    Emil
         OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birlikdə gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25 smartfonunun ilk render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Galaxy S25 xarici görünüşcə Galaxy S24-ə bənzəyəcək. Məlumatda qeyd edilib ki, Galaxy S25 smartfonunun uzunluğu 146.9 mm, eni 70.4 mm, gövdə qalınlığı isə 7.2 mm təşkil edəcək. Nəticədə Galaxy S25-in gövdəsi Galaxy S24-ün gövdəsindən bir qədər nazik olacaq. Gözləntilərə əsasən Galaxy S25 smartfonu Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq və özündə 4000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Lakin heç istisna deyil ki, smartfon nəticədə Snapdragon 8 Gen 4 əvəzinə Exynos 2500 prosessorunu əldə etsin.
    Paylaş