Logo
    main-post-cover

    Samsung Galaxy S25-in nazik gövdəli versiyası təqdim oluna bilər

    Cihazlar+
    31.10.2024
    Emil
         Son məlumat sızıntılarına əsasən Apple şirkəti gələn il təqdim olunacaq iPhone 17 seriyasına nazik gövdəli iPhone 17 Air modelini əlavə edəcək. Gözləntilərə əsasən bu model iPhone 17 Plus-ı əvəzləyəcək. Bundan əlavə olaraq nazik gövdəli model nəticədə iPhone 17 Air əvəzinə iPhone 17 Slim adını əldə edə bilər. Ortaya çıxmış yeni məlumata əsasən Samsung şirkəti də nazik gövdəli smartfonunu təqdim etməyi planlaşdırır.
         Məlumatda qeyd edilib ki, şirkətin nazik gövdəli smartfonu Galaxy S25 seriyasına daxil olacaq. Bu modelin Galaxy S25 Slim adlanacağı güman edilir. Qeyd etmək lazımdır ki, Samsung-un Galaxy S seriyasına adətən 3 model daxil olur. Adi Galaxy S, Galaxy S PlusGalaxy S Ultra. Əgər ortaya çıxmış məlumat həqiqətə uyğundursa, deməli Galaxy S25 seriyasına 4 model daxil olacaq. Digər tərəfdən şirkət Galaxy S25 Plus modelini Galaxy S25 Slim ilə əvəz edə bilər. Bununla belə insayderlər bildiriblər ki, Galaxy S25 Slim modeli əsas Galaxy S25 modellərinin təqdimatlarından bir neçə ay sonra təqdim oluna bilər.
    Paylaş