main-post-cover

    Samsung Galaxy S25 şirkətin genişləndirilmiş reallıq cihazının dizayn elementlərini və funksiyalarını əldə edə bilər

    Cihazlar+
    07.08.2024
    Emil Nəcəfov
         Son məlumatlara əsasən Samsung şirkəti Galaxy XR (Extendet Reality / XR) adlı genişləndirilmiş reallıq cihazı üzərində çalışır və sözügedən cihaz artıq bu ilin sonuna kimi təqdim oluna bilər. Ice Universe ləqəbli məşhur insayderin sözlərinə əsasən gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 smartfon seriyasında Samsung-un genişləndirilmiş reallıq cihazının bəzi dizayn elementləri və funksiyaları istifadə ediləcək. Güman olunur ki, Samsung şirkəti genişləndirilmiş reallıq cihazı layihəsi çərçivəsində Google Qualcomm şirkətləri ilə əməkdaşlıq edir. Lakin bu məsələ ilə bağlı hələ ətraflı məlumat yoxdur. Daha öncəki məlumat sızıntılarına əsasən Galaxy XR cihazı Samsung Display tərəfindən istehsal ediləcək iki ədəd ekranı əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung, bunu edə bilənlərə 5 milyon dollar verəcəyini vəd edir!
    samsung-bunu-ede-bilenlere-5-milyon-dollar-vereceyini-ved-edir
    Təqdimata hazırlaşan Samsung Galaxy A06-nın yeni render fotosu ortaya çıxıb
    teqdimata-hazirlasan-samsung-galaxy-a06-nin-yeni-render-fotosu-ortaya-cixib
    Samsung Galaxy S24 FE-nin yaxın zamanda təqdimatı təsdiqlənib
    samsung-galaxy-s24-fe-nin-yaxin-zamanda-teqdimati-tesdiqlenib
    Samsung Galaxy Tab S10 planşet seriyasına yalnız iki model daxil ola bilər
    samsung-galaxy-tab-s10-planset-seriyasina-yalniz-iki-model-daxil-ola-biler
    Galaxy AI funksiyaları Samsung Galaxy A seriyasının smartfonlarına gəlir
    galaxy-ai-funksiyalari-samsung-galaxy-a-seriyasinin-smartfonlarina-gelir