Logo
    main-post-cover

    Samsung Galaxy S25 Slim-in ilk render fotoları təqdim edilib

    Cihazlar+
    16.01.2025
    Emil
         Samsung şirkətinin 22 yanvar tarixində təqdim edəcəyi Galaxy S25 smartfon seriyasına 4 model daxil olacaq. Galaxy S25, S25+, S25 UltraS25 Slim. Galaxy S25 Slim modelinin nazik gövdə ilə seçiləcəyi gözlənilir. İndi isə OnLeaks ləqəbli məşhur insayder Galaxy S25 Slim-in ilk keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, bu smartfon xarici görünüşcə Galaxy S25 və S25+ modellərindən heç də fərqlənməyəcək. Əsas fərq onda olacaq ki, Galaxy S25 Slim modeli daha nazik gövdəni özündə birləşdirəcək. Məlumatda qeyd edilib ki, smartfonun uzunluğu 159 mm, eni 76 mm, gövdə qalınlığı isə 6.4 mm təşkil edəcək. Bu cür gövdə qalınlığı onu bir çox müasir smartfonlar arasında ən nazik gövdəli smartfon edir. Gözləntilərə əsasən Galaxy S25 Slim smartfonu Snapdragon 8 Elite for Galaxy prosessoru vasitəsilə çalışacaq və özündə 200 MP-lik əsas arxa kameranı birləşdirəcək.
    Paylaş