Samsung Galaxy S25 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
Samsung şirkəti Galaxy S25 smartfon seriyasının təqdimatını rəsmi şəkildə anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Galaxy S25 smartfon seriyasının təqdimatının baş tutacağı Galaxy Unpacked 2025 tədbiri 22 yanvar tarixində baş tutacaq. Qeyd etmək lazımdır ki, daha öncə ortaya çıxmış məlumat sızıntılarında da məhz bu tarix qeyd edilmişdi. Bununla yanaşı şirkət bildirib ki, 22 yanvar tarixində baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində 3 ədəd deyil, 4 ədəd cihaz təqdim olunacaq. Şirkətin təqdim etmiş olduğu posterdə də məhz 4 ədəd cihazın gövdəsi əks olunub. Çox güman ki, dördüncü cihaz nazik gövdəli Galaxy S25 Slim smartfonu olacaq. Ondan başqa seriyaya Galaxy S25, S25+ və S25 Ultra modelləri daxil olacaqlar.
samsung galaxy s25 plus
galaxy s25
galaxy s25 plus
samsung galaxy s25 ultra
galaxy s25 ultra
samsung
samsung galaxy s25 slim
galaxy s25 slim
samsung galaxy s25
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...