Logo
    main-post-cover

    Samsung Galaxy S25 smartfonları arasındakı fərqlərdən biri təsdiqlənib

    Cihazlar+
    28.11.2024
    Emil
         Samsung Galaxy S25 smartfonlarının təqdimatları yaxınlaşdıqca onlar barəsində daha çox məlumat ortaya çıxır. Qeyd etmək lazımdır ki, Galaxy S25 seriyasının yanvar ayında təqdim olunacağı gözlənilir. Bu seriyaya Galaxy S25, S25+S25 Ultra modelləri daxil olacaqlar. İndi isə adları sadalanmış bu smartfonlar ABŞ Federal Rabitə Komissiyasının (FCC) məlumatlar bazasında ortaya çıxıblar.
         Məlumatlar bazasına əsasən Galaxy S25 smartfonu SM-S931U model nömrəsinə, Galaxy S25+ smartfonu SM-S936U model nömrəsinə, Galaxy S25 Ultra smartfonu isə SM-S938U model nömrəsinə sahibdir. Bununla yanaşı bu smartfonların hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəkləri məlum olub. FCC-nin məlumatlar bazasında qeyd edilib ki, Galaxy S25 modeli 25 vatt gücündə sürətli şarj texnologiyasını, Galaxy S25+ və Galaxy S25 Ultra modelləri isə 45 vatt gücündə sürətli şarj texnologiyasını əldə edəcəklər. Qeyd etmək lazımdır ki, bütün Galaxy S25 modellərinin Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaqları gözlənilir.
    Paylaş