main-post-cover

    Samsung Galaxy S25 smartfonları bütün regionlarda Exynos prosessorunu əldə edə bilərlər

    Cihazlar+
    04.03.2024
    Emil Nəcəfov
         Samsung ənənəvi olaraq öz flaqman smartfonlarını müxtəlif regionlar üçün fərqli prosessorlar ilə satışa çıxarır. Şirkətin flaqman smartfonları bəzi regionlarda Snapdragon prosessorunu, bəzi regionlarda isə Exynos prosessorunu əldə edirlər. Lakin Samsung tarixində elə hallar olub ki, smartfonlar bütün regionlarda yalnız Exynos prosessoru ilə satışa çıxıblar. Gələn il isə bu vəziyyətin təkrarlanma ehtimalı var.
         Belə ki, ortaya çıxmış məlumata əsasən gələn ilin əvvəlində təqdim olunacaqları gözlənilən Galaxy S25 smartfonları bütün regionlarda Exynos prosessorunu əldə edəcəklər. Söhbət, hələ təqdim edilməmiş Exynos 2500 prosessorundan gedir. Bununla belə məlumatda qeyd edilib ki, gələn il təqdim olunacaq qatlana bilən Galaxy Z Fold 7 ilə Z Flip 7 smartfonları Qualcomm prosessorunu əldə edəcəklər. Çox güman ki, söhbət, Snapdragon 8 Gen 4 for Galaxy prosessorundan gedir. Qeyd etmək lazımdır ki, ortaya çıxmış bu məlumatlar qeyri-rəsmi məlumatlardır. Bu səbəbdən də onlara müəyyən qədər şübhə ilə yanaşmaq lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy F15 5G təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-f15-5g-teqdim-olunub-qiymeti
    Samsung Galaxy S24 FE hansı prosessoru əldə edəcək?
    samsung-galaxy-s24-fe-hansi-prosessoru-elde-edecek
    Yenilənmiş Galaxy Tab S6 Lite (2024) planşetinin satış qiymətləri məlum olub
    yenilenmis-galaxy-tab-s6-lite-2024-plansetinin-satis-qiymetleri-melum-olub
    Samsung Galaxy M15 5G-nin keyfiyyətli render fotoları təqdim edilib
    samsung-galaxy-m15-5g-nin-keyfiyyetli-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy Ring smart üzüyünü bütün Android smartfonlarla uyğunlaşdırmağa hədəflənib
    samsung-galaxy-ring-smart-uzuyunu-butun-android-smartfonlarla-uygunlasdirmaga-hedeflenib