
Samsung Galaxy S25 smartfonları üçün MagSafe analoqu hazırlanır
Cihazlar+
11.12.2024
Emil
Məşhur insayder Roland Quandt-ın vermiş olduğu məlumata əsasən Samsung şirkəti Galaxy S25 smartfonları üçün Apple MagSafe tərzində maqnit bərkitmə sistemli aksesuarlar hazırlayır. Məlumatda qeyd edilib ki, Galaxy S25 smartfonları ilə birlikdə onlar üçün nəzərdə xüsusi keyslər də satışa çıxacaq.
Satışa çıxacaq keyslər maqnit bərkidiciyə sahib olacaqlar və onlar müxtəlif brendlərin Qi 2 standartlı şarj cihazları ilə uyğunlaşa biləcəklər. Bununla belə iPhone-lardan fərqli olaraq Galaxy S25 smartfonlarının gövdələrində maqnit olmayacaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Galaxy S25 smartfonları üçün nəzərdə tutulmuş aksesuarlar siyahısında üstəlik iki ədəd şarj stansiyası da var. Qeyd etmək lazımdır ki, Galaxy S25 seriyasının gələn ayın sonunda təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
