
Samsung Galaxy S25 smartfonlarında Exynos 2500-dan istifadə edilməyəcək
Cihazlar+
02.09.2024
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti gələn ilin əvvəlində təqdim ediləcək Galaxy S25 smartfonlarında 2 prosessordan istifadə strategiyasını təkrarlayacaq. Belə ki, güman olunurdu ki, Galaxy S25 seriyasının bəzi modelləri Exynos 2500 prosessoru, bəziləri isə Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaqlar.
Lakin ortaya çıxmış yeni məlumata əsasən Samsung gələn ilki yeni flaqman smartfon seriyasında iki prosessordan istifadə strategiyasından imtina edib. Məlumata əsasən şirkət Galaxy S25 seriyasında Exynos 2500 prosessorunu istifadə etməyəcək. Bunun əvəzinə şirkət öz yeni flaqman smartfonlarında yalnız Snapdragon 8 Gen 4 prosessorunu tətbiq edəcək. Samsung-un hansı səbəbə görə belə qərar qəbul etməsi barəsində bir məlumat yoxdur. Ola bilsin ki, əsas səbəb Exynos 2500-ın performansındakı problemlərlə bağlıdır.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
