
Samsung Galaxy S25 smartfonlarında iki fərqli prosessor istifadə ediləcək
Cihazlar+
02.04.2024
Emil
Görünür, Samsung şirkəti, Galaxy S24 smartfonlarında olduğu kimi Galaxy S25 smartfonlarında da iki fərqli prosessorun istifadəsi yolu ilə gedəcək. Qeyd etmək lazımdır ki, yanvar ayında təqdim edilmiş Galaxy S24 ilə S24+ modelləri bəzi regionlarda Snapdragon 8 Gen 3 for Galaxy prosessorunu, bəzi regionlarda isə Exynos 2500 prosessorunu əldə etdilər. Yalnız Galaxy S24 Ultra modeli bütün regionlarda Snapdragon 8 Gen 3 for Galaxy prosessorunu əldə etdi. DigiTimes saytının vermiş olduğu məlumata əsasən Samsung gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 smartfon seriyasında da eyni strategiyanı tətbiq edəcək. Lakin Galaxy S25 Ultra-nın bütün regionlarda Snapdragon 8 Gen 4 for Galaxy prosessorunu əldə edib-etməyəcəyi bilinmir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
