Logo
    main-post-cover

    Samsung Galaxy S25 smartfonlarından bəziləri fərqli adlara sahib ola bilərlər

    Cihazlar+
    19.08.2024
    Emil
         Samsung şirkəti gələn il Galaxy S25 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya adi Galaxy S25, S25+S25 Ultra modelləri daxil olacaqlar. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Samsung təqdim ediləcək bu smartfon seriyasındakı iki modelin adını dəyişmək fikrini nəzərdən keçirir. İnsayderlərin sözlərinə əsasən şirkət Galaxy S25 Ultra-nın adını Galaxy S25 Note ilə əvəz edə bilər.
         Bu üsul ilə şirkət smartfonda Galaxy Note seriyasının fərqləndirici özəlliyi olmuş S Pen stilusunu daha dəqiq şəkildə vurğulaya biləcək. Galaxy S25+ modelinin adının isə Galaxy S25 Pro ilə əvəzlənəcəyi düşünülür. Belə ki, hal-hazırda Android smartfon istehsalçıları arasında Pro sözünün mobil cihazlarda istifadəsi dəb halını alıb. Adi Galaxy S25-in adı isə elə Galaxy S25 olaraq qalmalıdır. Qeyd etmək lazımdır ki, insayderlər tərəfindən verilmiş bu məlumat hələ öz təsdiqini tapmayıb. Samsung həqiqətən də bu cür ehtimalı nəzərdən keçirtmiş ola bilər. Lakin yekunda smartfonların fərqli adlara sahib olub-olmayacaqları yalnız gələn ilin əvvəli bilinəcək.
    Paylaş