main-post-cover

    Samsung Galaxy S25 smartfonlarından biri və ya bir neçəsi MediaTek Dimensity 9400 prosessorunu əldə edə bilər

    Cihazlar+
    08.10.2024
    Emil Nəcəfov
         Son zamanlarda Samsung Galaxy S25 smartfonlarında hansı prosessorların istifadə ediləcəyi ilə bağlı çoxlu sayda məlumat ortaya çıxıb. Bəzi məlumatlara əsasən Galaxy S25 smartfonları Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru, bəzi məlumatlara əsasən isə Exynos 2500 prosessoru vasitəsilə çalışacaqlar. Lakin ortaya çıxmış yeni məlumata əsasən Galaxy S25 smartfonlarından hansısa MediaTek-in flaqman prosessorunu əldə edə bilər.
         Bu cür ehtimala işarəni isə Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı laboratoriyası verib. Google DeepMind bildirib ki, MediaTek şirkəti özünün ən aparıcı prosessorlarının hazırlanması prosesinin sürətləndirilməsi istiqamətində onun texnologiyasından istifadə edir. Məlumatda qeyd edilib ki, söhbət, Samsung smartfonlarında istifadə ediləcək Dimensity prosessorlarından gedir.
         Qeyd etmək lazımdır ki, Samsung indiyənə kimi öz smartfonlarında flaqman Dimensity prosessorlarından istifadə etməyib. Google DeepMind tərəfindən təqdim edilmiş bəyanat isə ona işarə edir ki, Galaxy S25 modellərindən biri və ya bir neçəsi Dimensity 9400 prosessoru vasitəsilə çalışa bilər. Bunun Galaxy S25 Ultra olmayacağı dəqiqdir. Belə ki, sözügedən model məhz Snapdragon 8 Elite prosessorunu əldə edəcək. Ola bilsin ki, ya adi Galaxy S25 modeli ya da onunla birlikdə həmçinin Galaxy S25+ modeli Dimensity 9400 prosessorunu əldə etsin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Samsung Galaxy A16 5G təqdim edilib
    orta-budceli-samsung-galaxy-a16-5g-teqdim-edilib
    Google və Samsung birgə Ray Ban Meta smart eynəyinin rəqibini hazırlayırlar
    google-ve-samsung-birge-ray-ban-meta-smart-eyneyinin-reqibini-hazirlayirlar
    Samsung Galaxy A16 4G və A16 5G-nin texniki imkanları açıqlanıb
    samsung-galaxy-a16-4g-ve-a16-5g-nin-texniki-imkanlari-aciqlanib
    OneUI 7.0 istifadəçi interfeysi gözlənildiyindən daha gec istifadəyə veriləcək
    oneui-70-istifadeci-interfeysi-gozlenildiyinden-daha-gec-istifadeye-verilecek
    Samsung Galaxy S25 Ultra-nın maketinin fotosu ortaya çıxıb
    samsung-galaxy-s25-ultra-nin-maketinin-fotosu-ortaya-cixib