Samsung Galaxy S25 smartfonlarının hansı prosessoru əldə edəcəyi kənar şirkət tərəfindən təsdiqlənib
Keçən il Galaxy S25 smartfonlarında hansı prosessorun istifadə ediləcəyi barəsində çoxlu sayda məlumat ortaya çıxmışdı. Galaxy S25 Ultra-nın Snapdragon 8 Elite prosessorunu əldə edəcəyi ilə bağlı şübhələr olmasa da, Galaxy S25 və S25+ modellərinin bu prosessoru əldə edəcəkləri barəsində suallar yaranırdı. Lakin görünür, daha öncə də güman edildiyi kimi bütün Galaxy S25 smartfonları nəticə etibarilə Snapdragon 8 Elite prosessorunu əldə edəcəklər.
Bunu Qualcomm şirkəti özü rəsmi şəkildə təsdiqləyib. Belə ki, Samsung-un Galaxy S25 smartfonlarını 22 yanvar tarixində təqdim edəcəyi ilə bağlı elanı X-dəki (keçmiş Twitter) hesabında yerləşdirəndən sonra Qualcomm həmin paylaşımı repost edərək “Orda görüşərik” cümləsini qeyd edib. Bu isə Galaxy S25 smartfonlarının Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaqlarına işarə edir. Samsung artıq rəsmi şəkildə bildirib ki, 22 yanvar tarixində 3 ədəd deyil, 4 ədəd smartfon təqdim ediləcək. Çox güman ki, dördüncü smartfon qismində Galaxy S25 Slim modeli çıxış edəcək. Onun da Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı gözlənilir.
samsung galaxy s25 plus
galaxy s25
galaxy s25 plus
samsung galaxy s25 ultra
galaxy s25 ultra
samsung
samsung galaxy s25 slim
galaxy s25 slim
samsung galaxy s25
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...