
Samsung Galaxy S25 smartfonlarının hansı tarixdə təqdim olunacaqları açıqlanıb
Cihazlar+
11.12.2024
Emil
Samsung-un gələn ay Galaxy S25 smartfonlarını təqdim edəcəyi gözlənilir. Lakin şirkət hələ bunun hansı tarixdə baş tutacağını rəsmi şəkildə anons etməyib. Lakin bunu onun yerinə insayderlər ediblər. Onların sözlərinə əsasən Galaxy S25 smartfonları 22 yanvar tarixində təqdim olunacaqlar. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfonları bu ilin 18 yanvar tarixində ABŞ-da təqdim olunmuşdular.
Galaxy S25 smartfon seriyasının təqdimat tədbiri olacaq Galaxy Unpacked 2025-in də ABŞ-da keçiriləcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, Galaxy S25 seriyasına ənənə üzrə 3 model daxil olacaq. Galaxy S25, S25+ və S25 Ultra. Bu modellərin hamısı Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışmalıdır. Son məlumat sızıntılarına əsasən isə Samsung Galaxy S25 smartfonlarının təqdimatlarından müəyyən müddət sonra Galaxy S25 Slim modelini də təqdim edəcək.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
