Samsung Galaxy S25 smartfonlarının qiymətlərində artım olacaqmı?
Gələn ilin yanvar ayında Samsung-un Galaxy S25 smartfonlarını təqdim edəcəyi gözlənilir. Daha öncə məlumat ortaya çıxmışdı ki, Galaxy S24 smartfonları ilə müqayisədə Galaxy S25 smartfonlarının qiymətlərində artım olacaq. İndi isə bu mövzu ilə bağlı yeni məlumat ortaya çıxıb. Ortaya çıxmış məlumata əsasən Galaxy S25 smartfonlarının qiymətlərində heç bir dəyişiklik olmayacaq.
Bu isə o deməkdir ki, onların satış qiymətləri Galaxy S24 smartfonlarının satış qiymətləri ilə eyni səviyyədə olacaqlar. Bununla yanaşı ortaya çıxmış məlumatda qeyd edilib ki, bütün Galaxy S25 smartfonları Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaqlar və adi Galaxy S25 modeli 12 GB-lıq RAM ilə təchiz olunacaq. Galaxy S25 Ultra modelində əsas yeniliklərdən biri 50 MP-lik ultra geniş bucaqlı kamera olmalıdır.
samsung galaxy s25 plus
galaxy s25
galaxy s25 plus
samsung galaxy s25 ultra
galaxy s25 ultra
samsung
samsung galaxy s25
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...