Logo
    main-post-cover

    Samsung Galaxy S25 smartfonu daha baha qiymətə satıla bilər

    Cihazlar+
    21.05.2024
         Samsung şirkəti gələn ilin əvvəlində Galaxy S25 flaqman smartfonunu təqdim edəcək. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Galaxy S25-in satış qiyməti barəsində vacib bir məlumatı çatdırıb. Onun sözlərinə əsasən Galaxy S24 ilə müqayisədə Galaxy S25-in satış qiyməti daha yüksək olacaq. Səbəb isə yeni smartfonda Snapdragon 8 Gen 4 flaqman prosessorunun istifadəsi olacaq. İnsayder bildirib ki, Qualcomm-un oktyabr ayında təqdim edəcəyi Snapdragon 8 Gen 4 prosessoru Snapdragon 8 Gen 3 də daxil olmaqla daha əvvəlki flaqman Snapdragon prosessorlarından daha baha qiymətə satılacaq.
         Prosessorun qiymətinin yüksəlməsi isə öz növbəsində smartfon istehsalına öz təsirini göstərəcək. Belə ki, hal-hazırda smartfonlar üçün nəzərdə tutulmuş ekranlar ilə prosessorlar şirkətlərə artıq baha başa gəlirlər. Məlumata əsasən Snapdragon 8 Gen 4-ün qiymətinin yüksəlməsinin əsas səbəbi onda Qualcomm-un Oryon adlı fərdi nüvələrinin istifadə ediləcəyi ola bilər. Belə ki, Oryon nüvələri sayəsində Snapdragon 8 Gen 4-ün final versiyasının performansı Apple şirkətinin A M seriyasına daxil olan prosessorlarının performansları ilə eyni səviyyədə ola bilər. Bununla yanaşı Snapdragon 8 Gen 4 prosessoru TSMC şirkətinin ikinci nəsil 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Bu da prosessorun yekun qiymətinə öz təsirini göstərəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy S25 smartfonu daha baha qiymətə satıla bilər | Technote