Logo
    Samsung Galaxy S25 smartfonu Geekbench testlərindən keçib

    Samsung Galaxy S25 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    15.11.2024
         Gələn ilin yanvar ayında Samsung şirkətinin Galaxy S25 smartfon seriyasını təqdim edəcəyi gözlənilir. Bu seriyaya 3 model daxil olmalıdır. Galaxy S25, S25+S25 Ultra. Hələ bir neçə müddət bundan öncə Galaxy S25+ və Galaxy S25 Ultra modelləri Geekbench testlərindən keçdilər. İndi isə məlum olub ki, adi Galaxy S25 modeli də Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Galaxy S25 smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, Galaxy S25 qutudan Android 15-i əldə edəcək. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 2481 xal, çox nüvəli testi çərçivəsində isə 8658 xal toplayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy S25 smartfonu Geekbench testlərindən keçib