Logo
    Samsung Galaxy S25+ smartfonunun ilk render fotoları təqdim edilib

    Samsung Galaxy S25+ smartfonunun ilk render fotoları təqdim edilib

    Cihazlar+
    17.09.2024
         OnLeaks ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25+ smartfonunun ilk keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Galaxy S25+ smartfonu yastı gövdə və ekran dizaynını əldə edəcək. Onun künc hissələri isə dairəvi formada olacaq. Məlumatda qeyd edilib ki, Galaxy S25+ modelinin uzunluğu 158.4 mm, eni 75.7 mm, gövdə qalınlığı isə 7.3 mm təşkil edəcək. İnsayder bildirib ki, smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 6.65 düym ölçülü AMOLED ekranla təchiz olunacaq. Qeyd etmək lazımdır ki, sözügedən smartfonun Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Lakin heç istisna deyil ki, smartfon bəzi regionlarda Exynos 2500 prosessorunu əldə etsin.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy S25+ smartfonunun ilk render fotoları təqdim edilib