
Samsung Galaxy S25+ smartfonunun real fotoları ortaya çıxıb
Cihazlar+
18.12.2024
Emil
Gələn ayın sonunda təqdim olunacağı gözlənilən Galaxy S25 smartfon seriyasına daxil olacaq Galaxy S25+ modelinin X (keçmiş Twitter) sosial şəbəkəsində real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolar Galaxy S25+ modelinin dizaynına nəzər yetirməyə imkan verirlər. Beləliklə real fotolardan da görmək olar ki, Galaxy S25+ modeli yastı gövdə dizaynını əldə edəcək. Onun ekran ətrafı çərçivələri maksimal dərəcədə nazik olacaqlar. Smartfonun arxa panelində isə 3 ədəd kamera yerləşəcək. Ümumilikdə smartfon xarici görünüşcə Galaxy S24+ modelinə bənzəyəcək. Qeyd etmək lazımdır ki, Galaxy S25+ smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışmalıdır.



Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
