
Samsung Galaxy S25+ smartfonunun Snapdragon prosessorlu versiyası Geekbench testlərindən keçib
Cihazlar+
28.11.2024
Emil
Gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25+ smartfonunun bir neçə müddət bundan öncə Exynos prosessoruna sahib versiyası Geekbench testlərindən keçmişdi. İndi isə məlum olub ki, sözügedən smartfon yenidən Geekbench testlərindən keçib. Lakin bu dəfə smartfon fərqli prosessora sahib olub. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən bu dəfə testlərdən Galaxy S25+ smartfonunun Snapdragon 8 Elite prosessoruna sahib versiyası keçib.

Geekbench testlərində iştirak etmiş smartfon özündə 12 GB RAM-ı birləşdirib. Üstəlik Geekbench sayəsində məlum olub ki, Galaxy S25+ smartfonu qutudan Android 15-i əldə edəcək. Beləliklə Snapdragon 8 Elite prosessoru sayəsində smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 3160 xal, çox nüvəli testi çərçivəsində isə 9941 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, smartfonun Exynos 2500 prosessoruna sahib versiyası Geekbench testlərindən keçən zaman bir nüvəli test çərçivəsində 2359 xal, çox nüvəli test çərçivəsində isə 8141 xal toplamışdı.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
