Samsung Galaxy S25 Ultra-da kameraların sayı azala bilər!
Cihazlar+
14.05.2024
Farid Pardashunas
Samsung Galaxy S25 Ultra-nın təqdim edilməsi üçün hələ uzun müddət olmasına baxmayaraq, yeni məlumatlar gəlməyə davam edir. İddiayalara görə, Galaxy S25 Ultra sələfindən fərqli olaraq dörd əvəzinə üç arxa kamera ilə gələcək.
X istifadəçisi Sperandio4Tech-in iddiasına görə, Galaxy S25 Ultra 3x böyütmə ilə 10 MP çəkiliş keyfiyyətinə malik telefoto kamera ilə gəlməyəcək. Bunun əvəzinə əsas kameradan istifadə etməklə 3x böyütmə əldə ediləcək.
Bunun üçün əsas kameranın təsviri təkmilləşdirmə prosesinin inkişaf etdiriləcəyi bildirilir. Galaxy S25 Ultra-nın əsas kamerasının Galaxy S24 Ultra ilə eyni çəkiliş keyfiyyətinə və sensor ölçüsünə malik olacağı deyilir, lakin kameranın işıq tutma qabiliyyətinin təkmilləşdiriləcəyi də iddialar arasındadır. Digər bir iddiaya görə isə, ultra geniş bucaqlı kamera olduğu kimi qalacaqdır.
Alınan məlumata görə, Galaxy S25 Ultra-nın periskop kamerası, birincisi 4x və 5x, ikincisi isə 6x və 7x arasında olan iki sabit fokus uzunluğu ilə dəyişən böyütmə ilə sınaqdan keçirilir. Samsung hansı fokus uzunluqlarından istifadə edəcəyinə hələ qərar verməsə də, iki sabit fokus uzunluğunun olacağı ehtimal edilir. Lakin smartfon "Sony Xperia 1 V"dəki kimi davamlı dəyişən fokus uzunluğuna malik olmayacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung qatlana bilən Galaxy Z Fold 6-nın büdcəli versiyasını ləğv etmiş ola bilər
Samsung qatlana bilən Galaxy Z Fold 6-nın büdcəli versiyasını ləğv etmiş ola bilər
Samsung şirkətinin yay fəslində təqdim edəcəyi gözlənilən qatlana bilən Galaxy Z Fold 6 smartfonu barəsində son zamanlarda müxtəlif məlumatlar ortaya çıxıb.
Samsung Galaxy S21 FE və Galaxy A54 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
Samsung Galaxy S21 FE və Galaxy A54 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
Samsung şirkəti tədricən öz smartfonlarını OneUI 6.1 istifadəçi interfeysi ilə təmin etməyə davam edir.
Samsung, prosessorlarda inqilab yaradacaq şüşə substratlar üzərində işləri sürətləndirib!
Samsung, prosessorlarda inqilab yaradacaq şüşə substratlar üzərində işləri sürətləndirib!
Prosessorlar və yarımkeçiricilər yaxın illərdə şüşə substratların istifadəsi ilə unikal bir dövrə keçməyə hazırlaşır və Samsung da bu sahədə rəqiblərini qabaqlamaq üçün işləri sürətləndirməyə başlayıb.
Samsung Galaxy Z Flip 6-nın mərkəzi prosessoru Geekbench testlərindən keçib
Samsung Galaxy Z Flip 6-nın mərkəzi prosessoru Geekbench testlərindən keçib
Samsung şirkətinin yay fəslində təqdim edəcəyi gözlənilən qatlana bilən Galaxy Z Flip 6 smartfonu yenidən Geekbench testlərindən keçib.
Samsung Galaxy Z Fold 6 daha geniş xarici ekranı əldə edə bilər
Samsung Galaxy Z Fold 6 daha geniş xarici ekranı əldə edə bilər
Samsung şirkəti yay fəslində yeni qatlana bilən smartfonlarını təqdim etməlidir. Söhbət, Galaxy Z Fold 6 ilə Z Flip 6-dan gedir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!