
Samsung Galaxy S25 Ultra-da olacaq dizayn dəyişiklikləri açıqlanıb
Cihazlar+
15.07.2024
Emil
Samsung gələn ilin əvvəlində Galaxy S25 Ultra flaqman smartfonunu təqdim edəcək. Yeni məlumata əsasən isə Samsung dizaynerləri Galaxy S25 Ultra-dakı dizayn dəyişikliklərinə ciddi şəkildə yanaşırlar. Gözləntilərə əsasən Samsung gələn ilki flaqman smartfonun dizaynında iti künc hissələrdən imtina edəcək. Ice Universe ləqəbli məşhur insayder öz növbəsində bildirib ki, Galaxy S25 Ultra-nın gövdə ətrafı çərçivəsinin kənar hissələri assimetrik dizaynı əldə edəcəklər.
Çərçivənin arxa panel sahəsindəki bir hissəsi yuvarlaq formanı, ekran sahəsindəki hissəsi isə daha düz formanı əldə edəcək. Bu cür dizayn dəyişikliyi smartfondan istifadə zamanı taktil təcrübəni yaxşılaşdırmalıdır. Bununla yanaşı məlumata əsasən Samsung Galaxy S25 Ultra-nın gövdəsinin qalınlığını azaltmaq niyyətindədir. Onun gövdəsinin 8.4 mm qalınlığa sahib olacağı gözlənilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S24 Ultra-nın gövdə qalınlığı 8.6 mm təşkil edir. Ice Universe bildirib ki, Galaxy S25 Ultra-nın təqdimatına hələ aylarla zamanın olmasına baxmayaraq onun dizaynı artıq tamamilə hazırdır.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
