Logo
    main-post-cover

    Samsung Galaxy S25 Ultra ilk dəfə Geekbench testlərindən keçib

    Cihazlar+
    25.09.2024
    Emil
         Samsung şirkəti Galaxy S25 smartfon seriyasını gələn ilin əvvəlində təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Galaxy S25 Ultra olacaq. İndi isə məlum olub ki, Galaxy S25 Ultra smartfonu ilk dəfə Geekbench testlərindən keçib. Geekbench-in məlumatlar bazası sayəsində məlum olub ki, sözügedən smartfon Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışır. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, Galaxy S25 Ultra qutudan Android 15 vasitəsilə çalışacaq. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 3069 xal, çox nüvəli testi çərçivəsində isə 9080 xal toplayıb. Burdan da görmək olar ki, Snapdragon 8 Gen 4 prosessoru bu smartfonda yüksək performansı təmin edəcək.
    Paylaş