main-post-cover

    Samsung Galaxy S25 Ultra-nın batareya həcmi və sürətli şarj texnologiyasının gücü məlum olub

    Cihazlar+
    20.08.2024
    Emil Nəcəfov
         Samsung şirkətinin gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 Ultra smartfonu Çinin 3C adlı sertifikatlaşdırma idarəsinin məlumatlar bazasında ortaya çıxıb. Sertifikatlaşdırma idarəsinin məlumatlar bazasında smartfonun texniki imkanları barəsində detallı məlumat əks olunmasa da onun batareya həcmi ilə dəstəkləyəcəyi sürətli şarj texnologiyasının gücü qeyd edilib. Beləliklə məlumata əsasən Galaxy S25 Ultra smartfonu 4885 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
         Yalnız rəsmi şəkildə smartfon batareyası 5000 mAh həcmində qeyd ediləcək. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Galaxy S24 Ultra da eyni həcmli batareyaya sahibdir. Bununla yanaşı qeyd edilib ki, gələn ilki smartfon 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Yəni bu mövzuda da Galaxy S25 Ultra modeli Galaxy S24 Ultra-dan fərqlənməyəcək. Qeyd etmək lazımdır ki, dünən ortaya çıxmış məlumata əsasən Samsung Galaxy S25 Ultra-nın adını dəyişmək fikrini nəzərdən keçirir. Belə ki, smartfon nəticədə Galaxy S25 Note adını əldə edə bilər
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S25 smartfonlarından bəziləri fərqli adlara sahib ola bilərlər
    samsung-galaxy-s25-smartfonlarindan-bezileri-ferqli-adlara-sahib-ola-bilerler
    Samsung Galaxy Tab S10+ və S10 Ultra planşetlərinin vacib özəllikləri məlum olub
    samsung-galaxy-tab-s10-ve-s10-ultra-plansetlerinin-vacib-ozellikleri-melum-olub
    Samsung Galaxy S24 FE-nin yaxın zamanda təqdimatı bir daha təsdiqlənib
    samsung-galaxy-s24-fe-nin-yaxin-zamanda-teqdimati-bir-daha-tesdiqlenib
    Büdcəli Samsung Galaxy A06 smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-samsung-galaxy-a06-smartfonu-teqdim-edilib-qiymeti
    Samsung Galaxy S25 Ultra-nın ilk render fotosu təqdim edilib
    samsung-galaxy-s25-ultra-nin-ilk-render-fotosu-teqdim-edilib