
Samsung Galaxy S25 Ultra-nın batareya həcmində dəyişiklik olmayacaq
Cihazlar+
25.07.2024
Emil
Samsung şirkəti Galaxy S25 Ultra-nı gələn ilin əvvəlində təqdim edəcək. İndi isə Ice Universe ləqəbli məşhur insayder sözügedən smartfonun vacib texniki özəlliklərindən biri barəsində təfərrüatları təqdim edib. İnsayder bildirib ki, Samsung şirkəti gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 Ultra smartfonunun batareya həcmini dəyişməyi planlaşdırmır.
Yəni yeni smartfonun batareya həcmi bu ilin əvvəlində təqdim olunmuş Galaxy S24 Ultra-nın batareya həcmi ilə eyni olacaq. Söhbət, 5000 mAh enerji tutumlu batareyadan gedir. Çox güman ki, Galaxy S25 Ultra da Galaxy S24 Ultra kimi 45 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Samsung-un Çindəki rəqibləri artıq 5500 mAh və hətta 6000 mAh enerji tutumlu batareyaları öz cihazlarında tətbiq edirlər. Lakin görünür, Samsung bu mövzuda tələsməməyə qərar verib.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
