main-post-cover

    Samsung Galaxy S25 Ultra-nın əsas arxa kamerası dəyişilməz olaraq qala bilər

    Cihazlar+
    02.05.2024
    Farid Pardashunas
         Gələn ilin əvvəlində Samsung Galaxy S25 Ultra smartfonunun təqdimatı gözlənilir. Yeni məlumata əsasən sözügedən smartfonun əsas arxa kamerası heç bir dəyişikliyə məruz qalmayacaq. Digital Chat Station ləqəbli məşhur insayder Samsung-un Galaxy S24 Ultra-da yastı gövdə dizaynına üstünlük verməsini müzakirə edən zaman bildirib ki, şirkət daha böyük və qalın kamera sensorlarını bu cür smartfona inteqrasiya etmək istədiyi zaman yastı gövdə dizaynı əlavə problemlərə səbəb olacaq.
         Lakin bu, Galaxy S25 Ultra-nın arxa kameralarında ümumiyyətlə heç bir dəyişikliyin olmayacağı demək deyil. Ehtimal var ki, bu smartfonun ultra geniş bucaqlı kamerası ilə telekamerası yenilənəcək. Bununla yanaşı Samsung kameraların optimizasiyasını proqram təminatı üzərindən də təklif edə bilər. Bu isə öz növbəsində smartfonun əsas arxa kamerasının çəkiliş keyfiyyətini yüksəldə bilər. Bəzi məlumatlara əsasən adi Galaxy S25S25+ modelləri Galaxy S24 S24+ modelləri kimi 50 MP-lik əsas arxa kameranı əldə edəcəklər. Lakin bu smartfonlarda əsas arxa kameranın çəkiliş keyfiyyətinin proqram təminatı vasitəsilə yüksələcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan Samsung Galaxy F55 smartfonu Geekbench testlərindən keçib
    teqdimata-hazirlasan-samsung-galaxy-f55-smartfonu-geekbench-testlerinden-kecib
    Samsung Galaxy S24 FE-nin texniki imkanları barəsində yeni təfərrüatlar təqdim edilib
    samsung-galaxy-s24-fe-nin-texniki-imkanlari-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    Qatlana bilən Samsung Galaxy Fold FE və Flip FE smartfonlarının bəzi texniki imkanları açıqlanıb
    qatlana-bilen-samsung-galaxy-fold-fe-ve-flip-fe-smartfonlarinin-bezi-texniki-imkanlari-aciqlanib
    Samsung Galaxy C55 5G smartfonu qlobal bazarda satışa çıxmağa hazırlaşır
    samsung-galaxy-c55-5g-smartfonu-qlobal-bazarda-satisa-cixmaga-hazirlasir
    Samsung Galaxy S25 Ultra-nın batareyası gözlənilən kimi olmaya bilər!
    samsung-galaxy-s25-ultra-nin-batareyasi-gozlenilen-kimi-olmaya-biler